...

Uşaq Sanatoriyasından oğurluq edən şəxs tutulub

Hadisə Materials 12 Avqust 2017 16:39 (UTC +04:00)
Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş Aleksey Krasnikov tutulub.
Uşaq Sanatoriyasından oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş Aleksey Krasnikov tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Krasnikov tutulub.

Aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti