Bakı. Trend:
Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.
Qəzada A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.
DİN-in Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.