Bakı. Trend:
Avqustun 17-nə keçən gecə Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən kənd sakini Xanbala Zaidovun “VAZ-21010” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.