...

Paytaxtda restoran yanıb

Hadisə Materials 18 Avqust 2017 20:51 (UTC +04:00)
Paytaxtda restoranda yanğın olub.
Paytaxtda restoran yanıb

Bakı. Trend:

Paytaxtda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti