...

Zığ şosesində qəza baş verib, yaralanan var

Hadisə Materials 19 Avqust 2017 08:35 (UTC +04:00)
Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib
Zığ şosesində qəza baş verib, yaralanan var

Bakı. Trend:

Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti