Dənizdə batan şəxs xilas edilib

Hadisə Xəbər 21 Avqust 2017 17:41 (UTC +04:00)
Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
Dənizdə batan şəxs xilas edilib

Bakı. Trend:

Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 15:55-də başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti