...

Azərbaycan FHN Gürcüstanda ona həvalə olunmuş sahədə yanğını söndürüb

Hadisə Materials 24 Avqust 2017 17:34 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstana ezam olunmuş qüvvələri onlara həvalə olunmuş sahədə yanğını söndürüblər.
Azərbaycan FHN Gürcüstanda ona həvalə olunmuş sahədə yanğını söndürüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstana ezam olunmuş qüvvələri onlara həvalə olunmuş sahədə yanğını söndürüblər.

FHN-dən Trend-ə verilən məlumata görə, Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürüblər.

Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını həyata keçirirlər.

Qeyd edək ki, təbii fəlakət zonasına Azərbaycan FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti