...

Gömrükdə avtomobildən külli miqdarda pirotexniki vasitə çıxdı

Hadisə Materials 19 Sentyabr 2017 09:40 (UTC +04:00)
Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub.
Gömrükdə avtomobildən külli miqdarda pirotexniki vasitə çıxdı

Bakı. Trend:

Gömrükdə avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin müxtəlif yerlərində, üzərində "Petards" yazısı olan 70 blok (hər birində 10 qutu olmaqla), üzərində "Crazy robs" yazısı olan 36 blok (hər birində 12 ədəd olmaqla) və üzərində "Qranat" yazısı olan 108 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti