...

Qoyun oğruları tutulub

Hadisə Materials 21 Sentyabr 2017 12:30 (UTC +04:00)
Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Qoyun oğruları tutulub

Bakı. Trend:

Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib. Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan birindən oğurladıqlarını etiraf ediblər.

Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti