...

Gürcüstandan qanunsuz gətirilən telefonlar müsadirə olunub

Hadisə Materials 21 Sentyabr 2017 14:26 (UTC +04:00)
Avtomobilin torpedasında gizlədilən 6 ədəd mobil telefon gömrükdə aşkar olunub.
Gürcüstandan qanunsuz gətirilən telefonlar müsadirə olunub

Bakı. Trend:

Avtomobilin torpedasında gizlədilən 6 ədəd mobil telefon gömrükdə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti