...

Las-Veqasda atışmada ölənlərin sayı 50-ni, yaralıların sayı 200-ü keçdi (YENİLƏNİB 2) (VİDEO)

Hadisə Materials 2 Oktyabr 2017 16:39 (UTC +04:00)
Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub.
Las-Veqasda atışmada ölənlərin sayı 50-ni, yaralıların sayı 200-ü keçdi (YENİLƏNİB 2) (VİDEO)

İlk xəbər saat 10:21-də yayımlanıb

Bakı. Trend:

Son məlumata görə, Las-Veqasda "Mandalay Bay Casino" kazinosu yaxınlığında atışmada ölənlərin sayı 50 nəfəri keçib. Trend-in məlumatına görə, yaralı sayının isə 200 nəfərdən çox olması barədə məlumat verilib.

X X X

Son məlumata görə, Las-Veqasda "Mandalay Bay Casino" kazinosu yaxınlığında atışmada 20 nəfər həlak olub, 100-dən artıq nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə yerli xəstəxana xəbər yayıb.

X X X

Son məlumata görə, Las-Veqasda "Mandalay Bay Casino" kazinosu yaxınlığında atışmada 2 nəfər həlak olub, 24 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə yerli xəstəxana xəbər yayıb.

X X X

Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub. Trend-in məlumtına görə, polis insidentlə bağlı araşdırmaya başlayıb.

Son məlumata görə, atışma nəticəsində azı 20 nəfər xəsarət alıb.

Polisin yaydığı məlumatda qeyd olunur ki, "Mandalay Bay Casino" ətrafı nəzarətə götürülüb, artıq araşdırma başlayıb: "Sakinlərdən həmin rayon ərazisindən uzaq durmaları xahiş olunur".

Polis eləcə də, kazinoya yaxın yollarda hərəkətin məhdudlaşdırıldığını və yoxlamalar aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti