...

Sumqayıtda yaşayış binasında yanğın - 15 sakin təxliyə olunub

Hadisə Materials 6 Oktyabr 2017 10:02 (UTC +04:00)
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Sumqayıtda yaşayış binasında yanğın - 15 sakin təxliyə olunub

Bakı. Trend:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları 5 kv.m sahədə yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti