...

Çili 6,3 bal gücündə "silkələndi"

Hadisə Materials 10 Oktyabr 2017 11:12 (UTC +04:00)
Çilinin şimalında güclü zəlzələ baş verib.
Çili 6,3 bal gücündə "silkələndi"

Bakı. Trend:

Çilinin şimalında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 6,3 bal gücündə olması barədə xəbər yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.32-də Putre yaşayış məntəqəsindən 36 kilometr cənub-qərbdə baş verib.

Zəlzələnin episentrinin 82,4 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

İnsan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti