...

Çində stüardessa təyyarədən yıxıldı

Hadisə Materials 24 Oktyabr 2017 17:35 (UTC +04:00)
Çində “China Eastern” aviaşirkətinin stüardessası təyyarənin qapısını bağlamağa çalışarkən yerə yıxılıb
Çində stüardessa təyyarədən yıxıldı

Bakı. Trend:

Çində “China Eastern” aviaşirkətinin stüardessası təyyarənin qapısını bağlamağa çalışarkən yerə yıxılıb.

Trend-in məlumatına görə, hadisə Şençjen şəhərinin hava limanında baş verib.

Yerə yıxılan qadını təyyarəni uçuşa hazırlayan işçilər görüb.

Qeyd olunur ki, stüardessa 3 metr hündürlükdən yerə yıxılıb.

Xəbər lenti

Xəbər lenti