Bakı. Trend:
Nardaran qəsəbə sakini silahını polisə təhvil verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zahid Həsənov vəfat etmiş atasından qalan “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci PB-yə təhvil verib.