...

Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - Ölən var

Hadisə Materials 25 Oktyabr 2017 16:18 (UTC +04:00)
Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb.
Türkiyədə sel hərbi maşını və hərbçiləri apardı - Ölən var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Trend-in məlumatına görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub.

Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub.

Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti