...

Paytaxtda aptek sahibi həbs edilib

Hadisə Materials 3 Noyabr 2017 18:36
Güclü təsir edən dərmanı satan aptek sahibi həbs edilib
Paytaxtda aptek sahibi həbs edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtda aptek sahibi həbs edilib.

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktları üzrə başlanmış cinayət işi üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq tədbirləri davam etdirilir.

İstintaqla 1988-ci il təvəllüdlü Abiyev Tural Famil oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 74d saylı ünvanda yerləşən “Bizim Aptek”-də saxlamasında və 23-24 oktyabr 2017-ci il tarixlərdə həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.

T.Abiyev iş üzrə Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti