...

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Hadisə Materials 7 Noyabr 2017 08:59 (UTC +04:00)
Rusiyada АН-2 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı. Trend:

Rusiyada АН-2 sərnişin təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə Amur vilayətində qeydə alınıb.

Məlumata görə, təyyarədə iki pilot olub. Qəza nəticəsində pilotlardan birinin həlak olduğu, digərinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qəzanın baş vermə səbəbləri dəqiq məlum deyil. İlkin ehtimal olaraq təyyarənin mühərrikinin nasaz olması səbəb olaraq qeyd edilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti