...

DİN Binəqədidə baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 11 Noyabr 2017 12:58 (UTC +04:00)
Daxili İşlər Nazirliyi ötən gün Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
DİN Binəqədidə baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi ötən gün Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.

FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi RPİ 5-ci PB-nin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti