...

FHN: Azərbaycanda partlayış hadisələri 40 faiz artıb

Hadisə Materials 22 Noyabr 2017 11:57 (UTC +04:00)
2017-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisində 11 611 təbii və texnogen mənşəli hadisə baş verib.
FHN: Azərbaycanda partlayış hadisələri 40 faiz artıb

Bakı. Trend:

2017-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisində 11 611 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb.

Bu dövrdə nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.

9 ayda yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.

Respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti