...

Bakıdan Göyçaya qonaq gedən 42 yaşlı kişini maşın vurdu

Hadisə Materials 8 Dekabr 2017 21:45 (UTC +04:00)
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib
Bakıdan Göyçaya qonaq gedən 42 yaşlı kişini maşın vurdu

Bakı. Samir Əli - Trend:

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib. Bakı şəhər sakini, 1975 - il təvəllüdlü Azakov Natiq Zahir oğlu rayon ərazisində yolu keçərkən maşın vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, N.Azakov Bakının Əmircan qəsəbəsində yaşayır və o, Göyçaya qonaq gəlibmiş.

Xəbər lenti

Xəbər lenti