...

Bərdədə 4 otaqlı ev yanıb

Hadisə Materials 13 Dekabr 2017 22:46 (UTC +04:00)

Bakı. Trend:

Bərdədə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Qasımbəyli kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti