...

Ailə üzvlərindən qızıl oğurlayaraq satan şəxs saxlanılıb

Hadisə Materials 16 Dekabr 2017 13:49 (UTC +04:00)
Lerikdə öz ailə üzvlərinə məxsus qızıl əşyaları oğurlayaraq satan şəxs saxlanılıb.
Ailə üzvlərindən qızıl oğurlayaraq satan şəxs saxlanılıb

Bakı. Trend:

Lerikdə öz ailə üzvlərinə məxsus qızıl əşyaları oğurlayaraq satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları - boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti