...

Hindistanda "Okxi" 250 nəfəri "itirdi"

Hadisə Materials 26 Dekabr 2017 15:53 (UTC +04:00)
Hindistanın cənubunda bu ayın əvvəli tüğyan etmiş “Okxi” qasırğası nəticəsində itkin düşənlərin sayı 250 nəfəri ötüb
Hindistanda "Okxi" 250 nəfəri "itirdi"

Bakı. Trend:

Hindistanın cənubunda bu ayın əvvəli tüğyan etmiş “Okxi” qasırğası nəticəsində itkin düşənlərin sayı 250 nəfəri ötüb.

Trend-in məlumatına görə, itkin düşənlərin böyük əksəriyyətini balıqçılar təşkil edir.

Hazırda Hindistanın canub sahillərində axtarışlar davam etdirilir. Qasırğa zamanı 2,5 mindən çox adam xilas olunmuşdu.

Qeyd edək ki, “Okxi” qasırğası nəticəsində 90-a yaxın şəxsin həlak olduğu məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti