...

Tərtərdə 1 əl qumbarası tapılıb (FOTO)

Hadisə Materials 6 Yanvar 2018 17:14 (UTC +04:00)
Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.
Tərtərdə 1 əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

Tərtər rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-6 yanvar 2018-ci il tarixlərində Tərtər və Lənkəran rayonları ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 5 800 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti