Bakı. Trend:
Rusiyanın Kalininqrad vilayətinin gömrükçüləri cibində piton keçirməyə çalışan rusiyalını saxlayıb.
Trend-in məlumatına görə, həmin şəxs Polşadan kral pitonunun balasını keçirməyə çalışıb.
Sorğu-sual zamanı şəxs həmin ilanın ona məxsus ev heyvanı olduğunu və onu hər yerə özü ilə apardığını deyib.
Bundan başqa, axtarış zamanı şəxsin avtomobilindən 850 bağlamadan çox balıq yemi, 360 kiloqramdan çox akvarium avadanlığı aşkar olunub.