Bakı. Samir Əli - Trend:
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini evindən 20 min manat və 400 dolların oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.