Bakı. Samir Əli - Trend:
Axşam saatlarında Bakının mərkəzi prospektində tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Hazırda Heydər Əliyev prospektində-metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir.
Agentlikdən buna prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsinin səbəb olduğu bildirilib.