...

Bakıda qaçaqmal yolu ilə gətirilən külli miqdarda siqaretlər və araqlar aşkar edilib (FOTO)

Hadisə Materials 7 Mart 2018 14:37 (UTC +04:00)
Külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilib.
Bakıda qaçaqmal yolu ilə gətirilən külli miqdarda siqaretlər və araqlar aşkar edilib (FOTO)

Bakı. Trend:

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarının və spirtli içkilərin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Şərab evi” adlı ticarət obyektində realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal zəruri əməliyyat tədbirləri keçirilib. Nəticədə həmin ticarət obyektinə keçirilmiş baxış zamanı Azərbaycan vətəndaşı Məmmədov Rəhman Nəriman oğluna məxsus müvafiq aksiz markaları ilə markalanmamış külli miqdarda xarici markalı siqaretlər və araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti