Bakı. Trend:
Sumqayıtda mənzildə kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.