...

Qazaxda yolu keçən piyada vuruldu

Hadisə Materials 8 Mart 2018 13:30 (UTC +04:00)
Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazaxda yolu keçən piyada vuruldu

Bakı. Trend:

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə nverilən məlumata görə, hadisə martın 7-də saat 1 radələrində baş verib.

Belə ki, Qazax rayonunun İkinci Şıxlı kəndində rayon sakini Bilal Mustafayev idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən kənd sakini Əmir Musayevi vurub.

Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti