...

Bakıda teplovozdan yanacaq oğurlayanlar saxlanılıb

Hadisə Materials 8 Mart 2018 14:13 (UTC +04:00)
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.
Bakıda teplovozdan yanacaq oğurlayanlar saxlanılıb

Bakı. Trend:

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərib.

Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin maşinist və köməkçisi olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti