Ağdaşda yanğın olub

Hadisə Xəbər 9 Mart 2018 06:22 (UTC +04:00)

Bakı. Trend:

Ağdaş rayonunda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Aşağı Ləki kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları 74 m² sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:

Xəbər lenti

Xəbər lenti