...

Avtomobildən külli miqdarda pul oğurlayan tutuldu

Hadisə Materials 12 Mart 2018 18:44 (UTC +04:00)
Avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılıb.
Avtomobildən külli miqdarda pul oğurlayan tutuldu

Bakı. Trend:

Avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Nurəddin Qarayev Səbail RPİ 39-cu PB və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabr ayının 23-də Səbail rayonu ərazisində “Mercedes” markalı avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti