...

Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 15 Mart 2018 11:09 (UTC +04:00)
Metronun “28 May” stansiyasında Lerik rayon sakini F.Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Nəcəfov saxlanılıb.
Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Metronun “28 May” stansiyasında Lerik rayon sakini F.Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Nəcəfov saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, V.Nəcəfov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Şirvan şəhər sakini Valeh Nəcəfov əvvəllər məhkum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti