Bakı. Trend:
İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.
DİN-dən Trend-ə verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.