Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Diyarbəkir vilayətində mikroavtobusla minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza nəticəsində 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yarlıların hamısının Türkiyə vətəndaşları olduqları bildirilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri barədə dəqiq məlumat verilməyib. Faktla bağlı araşdırma başlayıb.