...

Şahdağ Milli Parkındakı yanğın söndürülüb

Hadisə Materials 11 Aprel 2018 16:27 (UTC +04:00)
Nazirliklərin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.
Şahdağ Milli Parkındakı yanğın söndürülüb

Bakı. Trend:

Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.

Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.

Xatırladaq ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti