Bakı. Trend:
Xaçmaz rayonunun Ə.Cavad küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə Aprelin 15-də saat 8 radələrində Xaçmaz rayonunun Ə.Cavad küçəsində Adəm Məmmədov idarə etdiyi “VAZ-21053” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə sürücü hadisə yerində ölüb.