...

Yerevanda polis 30 etirazçını saxlayıb

Hadisə Materials 17 Aprel 2018 10:30 (UTC +04:00)
Yerevanda polis 30 etirazçını saxlayıb.
Yerevanda polis 30 etirazçını saxlayıb

Bakı. Trend:

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı çıxan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma zamanı 30 etirazçı saxlanılıb.

Trend-in məlumatına görə, bunu müxalif "Vətəndaş müqaviləsi" partiyasının lideri, deputat Nikol Paşinyan deyib.

O, saxlanılan şəxslərin qohumlarını və dostlarını polis idarəsinə deyil, küçələrə çıxmağa səsləyib.

Polis etirazçıların saxlanması barədə məlumatı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti