...

Səs-küy salanlar 29 min manata yaxın cərimələnib

Hadisə Materials 19 Aprel 2018 17:19 (UTC +04:00)
202 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib.
Səs-küy salanlar 29 min manata yaxın cərimələnib

Bakı. Trend:

Bu ilin ötən 3 ayında respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması), 234-cü (sənaye və məişət tullantılarının toplanması, yandırılması nəticəsində atmosfer havasının çirkələnməsi) və 244-cü (Torpaqların (meşəfondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 174 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.600 manat təşkil edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda şəhər, rayon polis orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275-ci (ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) və 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 202 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 28.967 manat təşkil edib.

Bu istiqamətlərdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti