...

Hövsan sakinini bıçaqlayan qardaşlara hökm oxundu

Hadisə Materials 24 Aprel 2018 14:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Kamran və İmran Yusifzadə qüardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Yusifzadə 13 il, qardaşı İ.Yusifzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Hövsan" marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu təvəllüdlü Kamran və qardaşı İmran Yusifzadə mübahisə edib.

Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər.

Hadisədən sonra saxlanılan qardaşlar barəsində Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti