Bakı. Trend:
Şəmkirdə oğurluqda şübhəli bilinən İpəkyolu qəsəbə sakini Zaur Süleymanov saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaur Süleymanov aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4700 ABŞ dolları və 200 manat, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.