...

Azərbaycan sərhədini pozmağa cəhd göstərən 5 xarici vətəndaş saxlanılıb (FOTO)

Hadisə Materials 1 May 2018 09:33
DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.
Azərbaycan sərhədini pozmağa cəhd göstərən 5 xarici vətəndaş saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Trend-in məlumatına görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti