...

Bakıxanovda avtomobil qaz borusuna dəydi - 2 nəfər öldü

Hadisə Materials 2 May 2018 14:13 (UTC +04:00)
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıxanovda avtomobil qaz borusuna dəydi - 2 nəfər öldü

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.

Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti