Bakı. Trend:
Masallı rayonunda ev yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.