...

Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb

Hadisə Materials 8 May 2018 12:07 (UTC +04:00)
Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb

Bakı. Trend:

Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.

DİN-dən Trend-ə verilən məlumata görə, yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Qeyd edək ki, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti