...

Bakıda ata və azyaşlı qızını öldürən sürücüyə 11 il cəza verildi

Hadisə Materials 8 May 2018 13:04 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümündə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakıda ata və azyaşlı qızını öldürən sürücüyə 11 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümündə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Qədirov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 23-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa Əhmədova və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada A. Əhmədov və azyaşlı qızı Mədinə dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsininin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti