Sabirabadda teplovozun vurduğu şəxs ölüb

Hadisə Xəbər 14 May 2018 14:30 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində Salyan rayon sakini Aqşin Quliyev idarə etdiyi teplovozla (yük qatarı) kənd sakini Rahil Cavadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti