...

Lökbatanda yeyib-içəndən sonra qonağını öldürən şəxsin məhkəməsi başladı

Hadisə Materials 15 May 2018 12:45 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonağını qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən İsgəndər Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lökbatanda yeyib-içəndən sonra qonağını öldürən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonağını qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən İsgəndər Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə bildirilib ki, İ.Hüseynov Moskvada saxta sənəd və narkotik maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Məhkəmənin baxış iclası mayın 22-nə təyin edilib.

İttihama görə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İ.Hüseynov kirayədə yaşadığı evə qonaq gəlmiş 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevlə yeyib-içəndən sonra onu bıçaqlayaraq öldürüb.

O, Cinayət Məcəlləsinin 120.2.9-cu (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti